Ölkə futbolu
"Qəbələ" – "Lill" oyununa 2831 bilet qaldı
“Qəbələ” sabah Avropa Liqasının 3-cü təsnifat m…
“Qəbələ” sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Fransanın “Lill” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu oyuna bilet satışı davam edir.
Klubdan aldığımız son məlumata görə, artıq bu oyun üçün satışa çıxarılmış 8200 biletdən 5369-u sahibinə qovuşub. Bu, saat 20:00-a olan məlumatdır. Qarşılaşmanın startına hələ bir gün vaxt qaldığını nəzərə alsaq, tribunaların tamamilə dolacağını gözləmək olar.
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək "Qəbələ" – "Lill" matçı saat 21:00-da start götürəcək.