Ölkə futbolu
Frederik Antonetti: "Super!"
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşıla…
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qəbələ"yə Bakıda 0:1 hesabıyla məğlub olan "Lill"in baş məşqçisi Frederik Antonetti mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, Fransa təmsilçisinin çalışdırıcısı oyundan sonra maraqlı fikirlər səsləndirib:
– Oyundan sonrakı hisslərinizi bilmək istəyərdim.
– Hər iki komanda layiqli oyun nümayiş etdirdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Sadəcə, təəssüflənirəm.
– Komandanızın mərhələ adlaya bilməyəcəyini gözləyirdiniz?
– Həqiqətən Fransadakı oyundan sonra rəqibin nəyə qadir olduğunu bilirdik. Ümid edirdik Bakıda istədiyimizi həyata keçirəcəyik. Amma alınmadı.
– "Qəbələ"nin oyununu necə qiymətləndirərdiniz?
– Super!
– Püşkatmada "Qəbələ" düşərkən nə düşündünüz? İndi nə düşünürsünüz?
– Oyundan əvvəl "Qəbələ"nin keçdiyi yolu yaxından izləmişdik. Bu gün də onların gücünü gördük. "Qəbələ" qələbəyə layiq idi.
ELMAR ABDULLA-ZADƏ