Ölkə futbolu
“Qəbələ” də püşkatma üçün nümayəndə seçdi
Sabah Avropa Liqasının pley-off mərhələsinin püşkatması ke…
Sabah Avropa Liqasının pley-off mərhələsinin püşkatması keçiriləcək. Fubolinfo.az xəbər verir ki, turnirdə iştirak edəcək “Qarabağ”ı mərasimdə klubun mətbuat katibi Nurlan İbrahimov təmsil edəcək.
Klub sözçüsü Nyonda düzənlənəcək tədbirə bu gecə yola düşəcək.
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində Fransa “Lill”ini qəbul edən “Qəbələ” də mərhələ adladı və pley-offdakı rəqibini gözləyir. Artıq bölgə klubu da Nyona gedəcək nümayəndəsini müəyyənləşdirib. Bu, klubun baş meneceri Zaur Əzizovdur.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının püşkatması baş tutduqdan sonra, saat 15:00-da nüfuzuna görə Avropanın 2-ci klub turnirinin pley-off cütlükləri müəyyənləşəcək.