Ölkə futbolu
Əliyar Ağayevdən Avroliqa matçında 4 sarı vərəqə, 1 penalti
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının ü…
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Krasnodar" (Rusiya) – "Birkirkara" (Malta) oyununu idarə edib. Futbolinfo.az xəbər verir ki, Kubanda baş tutan görüş 3:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
İlk oyunda da səfərdə 3:0 hesabıyla qalib gəlmiş Rusiya təmsilçisi Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanıb. Ağayev cavab görüşündə meydan sahiblərinin bir, qonaqların üç futbolçusuna sarı vərəqə göstərib. Azərbaycanlı referi 90+1-ci dəqiqədə maltalıların qapısına penalti də təyin edib. Lakin "Krasnodar"ın futbolçusu bu şansdan yararlana bilməyib.
Qeyd edək ki, Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, eləcə də dördüncü hakim Rauf Cabbarov kömək edib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı