Premyer-liqa
"Qəbələ" ilk turun hazırlığına start verdi
“Qəbələ” Azərbaycan Premyer Liqasının yeni mövs…
“Qəbələ” Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Lill”ə (Fransa) qarşı cavab oyunundan (1:0) sonra bir günlük istirahətə buraxılan komanda məşqlərini bərpa edib.
“Kəpəz”lə 1-ci turun ev oyununu Bakıda keçirəcək “qırmızı-qaralar” matçın hazırlığını da paytaxtda gerçəkləşdirir. Bu gün baş tutan ilk məşqdə futbolçular iki qrupda çalışıb. Fransa klubu ilə görüşün iştirakçıları bərpaedici və fiziki hazırlıq keçiblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər.
Xatırladaq ki, 1-ci turun “Qəbələ” – “Kəpəz” görüşü avqustun 8-də keçiriləcək. Bakıdakı “Dalğa Arena”da baş tutacaq oyunun start fiti saat 19:00-da veriləcək.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”