Bizi izləyin

Müsahibə

Emin Cəfərquliyev: “Bizi çox adam sındırmaq istəyib, amma başları üçün olmayıb”

Azərbaycan Premyer Liqasının yeni mövsümünün a&…

blank

Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış oyununundan (AZAL – "Neftçi") sonra meydan sahiblərinin kapitanı Emin Cəfərquliyev futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb. 

– Məğlubiyyət bizə pis təsir etdi. Matçın ilk dəqiqələrindən də göstərdik ki, “Neftçi”dən daha yaxşı oynayırıq. Şanslarımız da çox oldu, sadəcə, istifadə edə bilmədik. Fürsətləri boşa verdikdən sonra lazımsız səbəbdən azlıqda qaldıq. Ruslan (Nəsirli) qardaşımız meydandan qovuldu. Problem yoxdu, biz komandayıq. Hesabdan asılı olmayaraq, bütün nəticələri bir yerdə əldə edirik. Amma dediyim kimi, heç də “Neftçi”dən geri qalmadıq, hətta onları üstələdik. Sadəcə, rəqibin ustalıq səviyyəsi sözünü dedi.

– Deyəsən, Ruslanın hərəkəti səni bərk əsəbləşdirmişdi. Hətta ona qarşı işlətdiyin ağır ifadəni biz də tribunadan eşitdik…
– Ruslan mənim kiçik qardaşımdı, onu belə hərəkətinə görə tərifləyə bilmərəm. Ona etdiyi səhvi göstərmək mənim borcumdu. O ki, qaldı ifadəmə, meydanı tərk etməyini bildirdim, düzdü, ola bilər bunu bir az kobud dedim. Aramızda heç bir problem olmaz, o, mənim balaca qardaşımdı. Görürsünüz ki, indi də yanımdadı, bir yerdə durmuşuq (əli ilə Ruslanın başını qucaqlayır). Bir böyük kimi ona etdiyi hərəkətin səhv olduğunu bildirməliydim.

– Səncə, Röyal Nəcəfovun zərbəsindən sonra qol olmuşdu?
– Belə şeylərdən danışmağı xoşlamıram. Qol olsaydı, top toru silkələyərdi. Saymayıblarsa, deməli, nəsə var. Ancaq təkrardan sonra nəsə deyə bilərəm. Kiminsə haqqına girə bilmərəm. Həmin epizoddan çox uzaq idim.
 
– Ümumiyyətlə, həmin anı matçın qırılma nöqtəsi kimi qəbul etmək olar?
– Oyun bizim üstünlüyümüz şəraitində keçirdi. “Neftçi” şokda idi. Bizdən belə oyun gözləmirdilər. Heç kim, heç kimdən qorxmur. Ötən mövsümə 5 məğlubiyyətlə start verdik, daha sonra tarix yazdıq. Fikrimcə, bu mövsüm də belə olacaq. Biz xasiyyətcə sınmayan uşaqlarıq. Bizi çox adam sındırmaq istəyib, amma başları üçün olmayıb, sındıra da bilməyəcəklər. Bizim başımızın üzərində Tərlan müəllim var, Allahımız var, çox şey edəcəyik.

– Çox aqresiv görünürsən, sanki kiməsə üstüörütülü ismarıc göndərirsən…
– Heç nə olmayıb, sadəcə, komanda yoldaşlarıma inanıram. Oyun yenicə başa çatıb, emosiyalar öz sözünü deyir. Yalnız komanda yoldaşlarıma, məşqçimə və ailəmə özümün ən güclü olduğumu sübut etmək istəyirəm. 

– Necə düşünürsən, kapitan kimi vəzifənin öhdəsindən necə gəldin? Ümumiyyətlə, Rail Məlikovun yoxluğunu nə dərəcədə hiss etdiniz?
– Rail mənim böyük qardaşımdı. Belə olub, var və qalacaq da. Mənim üçün onun yeri həmişə görünəcək. Onunla 1 mövsüm çıxış etsəm də, çox şeyləri öyrəndim. Əlimdən gələni etdim, nə dərəcədə alındığını bilmirəm. Fikrimcə, gələcəkdə mən də “artıracam”. Kapitanlıq sarğısı taxıb, meydana çıxmaq deyil, komanda yoldaşlarının arxasında durmaqdı, lazımı anda üzərinə məsuliyyət götürməkdi. Buna hazıram.

– AZAL 1 ildən çox idi, Premyer Liqa oyunlarında “AZAL Arena”da məğlub olmurdu. Bu, sənin də sözügedən stadionda ilk yenilgindi.. 
– Bu məğlubiyyərsizlik seriyası “Santa Barbara” serialına dönmüşdü. Bu arenada qalib gəlirdik. Bu gün də özümüzə inam həddən çox idi, ancaq alınmadı. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Futbolda kimsə udar, kimsə məğlub olar. Bundan nəticə çıxarmaq lazımdı.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm