Dünya futbolu
“Traktorsazi”dən ilk qələbə
Futbol üzrə İran çempionatında 3-cü turun oyunlar?…
Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" doğma meydanda "Paykan"la qarşılaşıb. Oyun təbrizlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Traktorsazi"nin yeni mövsümdə ilk qələbəsi olub.
Təbrizin digər iddialı klubu "Maşinsazi" səfərdə "Saba Qom"la üz-üzə gəlib. Bu oyunda tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.
"Göstəriş" isə bu turu məğlubiyyətlə başa vurub. Təbrizlilər doğma meydanda "Persepolis"ə minimal hesabla uduzublar – 0:1.
Üç turdan sonra "Traktorsazi" və "Maşinsazi" 5 xalla 3-4-cü yerləri bölüşürlər. "Göstəriş" isə 2 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq