Premyer-liqa
"Qəbələ" yeni mövsümə qələbə ilə başladı
Bu gün Azərbaycan Premyer Liqasının 1-ci turuna yekun vurulub….
Bu gün Azərbaycan Premyer Liqasının 1-ci turuna yekun vurulub. Futbolinfo.az xəbər verir ki, mövsümün açılış turunun son oyun günündə bir görüş baş tutub.
"Qəbələ" Bakıda "Kəpəz"lə üz-üzə gəlib. Roman Qriqorçukun komandası Qəbələ şəhər stadionundakı təmir işləri ilə əlaqədar, Gəncə təmsilçisini Mərdəkandakı "Dalğa Arena"da qəbul edib.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Amma fasilədən sonra təzyiqi daha da artıran "Qəbələ" iki cavabsız qol vuraraq, mövsümə inamlı qələbə ilə başlayıb.
Azərbaycan Premyer Liqası
1-ci tur
8 avqust (bazar ertəsi)
“Qəbələ” – “Kəpəz” – 2:0 (0:0)
Qollar: T.Mütəllimov, 58 (1:0). B.Dabo, 79 (2:0).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə
Bakı. “Dalğa Arena”.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 76. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 77. Serjinyo, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 7. Vüqar Bəybalayev, 14. Fərid Məmmədov, 9. Tural Qürbətov, 21. Novruz Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.
Turun digər oyunları: AZAL – "Neftçi" – 0:2, "Zirə" – "Sumqayıt" – 0:1, "İnter" – "Qarabağ" – 2:1.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə