Premyer-liqa
Cavid İmamverdiyevin 150-ci oyunu
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev P…
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev Premyer Liqada 150-ci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin yubiley qarşılaşması 2016/17 mövsümünün ilk turuna təsadüf edib.
“Neftçi”nin şərəfini qoruyan futbolçu bunu kapitan kimi çıxdığı AZAL-la qarşılaşmada qeyd edib.
Çempionatda 2008/09 mövsümündə debüt edən İmamverdiyev 150 oyunda 11 qol vurub. Ölkədə yalnız iki klubda çıxış edən Cavid “Neftçi”də keçirdiyi 125 matçda 11 dəfə fərqlənibsə, “Karvan”ın formasını geyindiyi 25 matçda qola həsrət qalıb.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu