Premyer-liqa
Quliyevin 100-cü oyunu
Azərbaycan Premyer Liqasının ilk turu “İnter”in yeni f…
Azərbaycan Premyer Liqasının ilk turu “İnter”in yeni futbolçusu Tərlan Quliyev üçün ikiqat əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, müdafiəçi paytaxt klubunda ilk çempionat oyununu keçirib.
Bu, “Qarabağ”la görüşə təsadüf edib. Qarşılaşma həm də müdafiəçinin ölkə çempionatlarında 100-cü matçı olub. 2009/10 mövsümündə “Neftçi”də oynadığı vaxt debüt edən Quliyev 100 oyunda 1 qol vurub.
“İnter” Tərlan Quliyevin Premyer Liqada 5-ci klubudur. O, “Neftçi”də 48, “Kəpəz”də 35, “Sumqayıt”da 10, “Qarabağ”da 6 oyuna çıxıb. Futbolçunun yeganə qolu da Gəncə klubunda qeydə alınıb.