Ölkə futbolu
"Qarabağ"ın rəqibi səfər matçından məğlub qayıtdı
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının…
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Höteborq" İsveç çempionatında növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, sözügedən klub ölkə birinciliyinin 17-ci turu çərçivəsində səfərdə "Yurqorden"lə qarşılaşıb.
Ağdamlıların rəqibi autsayderlər qrupunda qərarlaşan bu komandaya məğlub olub – 1:3. 24-cü dəqiqədə Tom Pettersonla hesabı açan "Höteborq" bu qolu vurmasına peşman olub.
Hazırda 29 xala malik "Höteborq" 16 klub arasında 4-cü pillədə qərarlaşıb. "Yurqorden" isə 18 xalla 14-cüdür.