Ölkə futbolu
"Yuventus" Bakıda futbolçu seçiminə start verdi
İtaliyanın “Yuventus” klubunun Azərbaycan Beynəlxalq B…
İtaliyanın “Yuventus” klubunun Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq bu əməkdaşlıq çərçivəsində Turin təmsilçisinin Azərbaycanda futbol akademiyası (“JUVENTUS Academy Baku”) yaradılıb.
Sözügedən akademiya gənc futbolçuların qəbuluna da start verib. “JUVENTUS Academy Baku” Azərbaycanın gələcək ulduzlarının hazırlanması üçün 5-14 yaşlı oğlan və qızların qəbulunu elan edib.
Qəbul 5 avqust – 15 sentyabr 2016-cı il tarixlərində “İnter Arena”da keçiriləcək.