Dünya futbolu
Şeydayevin komandası son sınaq matçında da qalib gəldi
Türkiyənin "Trabzonspor" klubu yeni mövsümə…
Türkiyənin "Trabzonspor" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası Macarıstandakı təlim-məşq toplanışındakı son sınaq matçını Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" klubuna qarşı keçirib.
Oyun trabzonluların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ramil bu görüşün 65-ci dəqiqəqindən mübarizəyə qoşulub.
Qeyd edək ki, bu, "Trabzonspor"un Macarıstandakı altıncı yoxlama oyunu idi. Komanda bu görüşlərin hamısında qələbə qazandı. Bu oyunlarda Türkiyə klubu 21 qol vurduğu halda, öz qapısında cəmi 1 top görüb. 21 qoldan ikisini Ramil Şeydayev vurub.