Dünya futbolu
UEFA Superkuboku "Real"a qismət oldu – VİDEO
UEFA Superkubokunun qalibi bəlli olub. Futbolinfo.az xəbər verir ki…
UEFA Superkubokunun qalibi bəlli olub. Futbolinfo.az xəbər verir ki, kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedib.
Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafatı “Barselona” deyil, onun əzəli rəqibi “Real” qazanıb. Məyus olan komanda isə dəyişməyib. "Sevilya" ötən il olduğu kimi, bu dəfə də əlavə vaxtda mükafatı əldən verib.
Üstəlik bu matç rəqiblərin ikinci Superkubok dueli idi. 2014-cü ildə də “Real” həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə “Sevilya”dan daha güclü olmuşdu – 2:0. “Millenium”da hər iki qolu Kriştianu Ronaldo vurmuşdu.
UEFA Superkuboku
9 avqust
“Real” (İspaniya) – “Sevilya” (İspaniya) – 3:2
Qollar: Asensio, 21, Serxio Ramos, 90+3, Karvaxal, 119 – Vazgez, 41, Konoplyanka, 72 (pen.)
Baş hakim: Milorad Majiç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Şimon Marçinyak
Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)
Tronheym (Norveç). “Lerkendal” stadionu
“Real”: 13. Kike Kasilla, 2. Dani Karvaxal, 5. Rafael Varan, 4. Serxio Ramos, 12. Marselo, 14. Kazemiro, 16. Mateo Kovaçiç, 17. Lukas Vazgez, 22. İsko, 28. Marko Asensio, 21. Alvaro Morata
Ehtiyat oyunçular: 31. Yanyez, 6. Naço, 9. Benzema, 10. Xames Rodrigez, 19. Modriç, 23. Danilo, 27. Llorente
Baş məşqçi: Zinəddin Zidan
“Sevilya”: 1. Riko, 5. Tiomoti Kolocecak, 6. Daniel Karriço, 8. Visente İborra, 14. Hiroşi Kiyotake, 20. Vitolo, 22. Franko Vazgez, 9. Lusiano Vietto, 21. Nikolas Parexa, 25. Mariano Ferreyra, 15. Stiven Nzonzi
Ehtiyat oyunçular: 13. Soria, 4. Kranevitter, 10. Konoplyanka, 12. Ben Yedder, 17. Sarabia, 18. Eskudero, 23. Rami
Baş məşqçi: Xorxe Sampaoli
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”