Ölkə futbolu
"Neftçi" böyük dəyişiklik etməyəcək
"Neftçi" “Futbolinfo”da gedən xəbərə …
"Neftçi" “Futbolinfo”da gedən xəbərə reaksiya verdi. Az öncə saytımızda klubda uşaq məşqçiləri ilə bağlı vəziyyətin qeyri-müəyyən olması ilə bağlı xəbər getmişdi.
Futbolinfo.az saytına daxil olan məlumata görə, komandanın aşağı yaş qruplarında çalışacaq baş məşqçilər hələ də məlum deyil. Ötən il klubda çalışmış baş məşqçilərin, eləcə də köməkçi məşqçilərin isə müqavilələri bitib və onlara konkret heç nə deyilməyib. Bizdə olan məlumata görə, məşqçi təyinatlarının nə vaxt reallaşacağı ilə bağlı məsələlərin həll olunacağı tarix də bəlli deyil.
Az öncə klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov redaksiyamızla əlaqə saxladı. O, məsələyə aydınlıq gətirmək istədi: “Bildiyiniz kimi “Neftçi” PFK-nın Futbol Akademiyasının komandaları ötən mövsümü uğurla başa vurdular. U-12, U-14, U-17 komandalarımız çempion oldu, U-11, U-15, U-16 komandalarımız bürünc medallar qazandı. Ümumi medal sıralamasında da Futbol Akademiyamız 12 klub arasında ikinci nəticəni göstərdi. Yüksək nəticələri nəzərə alaraq, qeyd etmək istəyirik ki, bu komandalarda böyük dəyişikliklər nəzərdə tutulmayıb. Komandaların məşqçiləri ilə də mütəmadi görüşlər keçirilir. Yalnız cüzi dəyişikliklər ola bilər. Bununla bağlı gələn həftə klubun inzibati binasında növbəti görüş keçiriləcək və komandalara məlumat veriləcək”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq