Premyer-liqa
"Qarabağ" Sumqayıtdan qələbə ilə qayıdır
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib. Fu…
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə bir görüş baş tutub.
Son çempion "Qarabağ" səfərdə "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Oyun Ağdam klubunun inamlı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
2-ci tur
11 avqust
“Sumqayıt” – “Qarabağ” – 0:2 (0:0)
Qollar: M.Muarem, 52 (0:1). D.Kintana, 84 (0:2).
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
“Sumqayıt Arena”.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednejad, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 17. Vaquf Güləliyev, 18. Süleyman Əhmədov, 22. Mirabdulla Abbasov, 42. Kamran Abdullazadə, 66. Afşin İsmayılzadə, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 8. Migel Markos Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 17. Namiq Ələsgərov, 11. Mahir Mədətov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Turun digər oyunları: 12 avqust (“Qəbələ” – “İnter”), 13 avqust (“Kəpəz” – AZAL), 14 avqust (“Neftçi” – “Zirə”).