Premyer-liqa
Millimizin üzvünü qapıya qoymurlar, pəncərədən baxır – FOTO
Ötən mövsüm başa çatandan bəri özün…
Ötən mövsüm başa çatandan bəri özünə xaricdə klub axtaran, bu istəyinə çata bilməyincə bir neçə gün öncə "Sumqayıt"la müqavilə bağlamaq məcburiyyətində qalan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin futbolsuz günləri davam edir. Futbolinfo.az xəbər verir ki, uzun müddət məşq etməməsi, oynamaması qolkiperin formasını itirməsinə səbəb olub.
Elə "Sumqayıt"ın baş məşqçisi Samir Abasov da ona məhz buna görə bu gün baş tutan 2-ci turun "Qarabağ"la ev oyununda şans verməmişdi. Millimizin qapıçısının adı heç ilk "18-lik"də də yox idi. Sumqayıtlıların çalışdırıcısı Kamranla bağlı açıqlamasında bildirib ki, o, tam hazır olduqdan sonra oyunlarda iştirak hüququ qazanacaq.
Kamran bu gün "Sumqayıt Arena"da keçirilən "Qarabağ"la oyunu isə arenanın paltardəyişmə otağının meydançaya açılan pəncərəsindən izləməklə kifayətlənməli olub və ortaya belə maraqlı kadr çıxıb:
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza