Ölkə futbolu
Xəbərimiz təsdiqləndi: "Qəbələ" – "Maribor" matçı Mərdəkanda!
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəs…
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ” – “Maribor” (Sloveniya) oyununun keçiriləcəyi yer müəyyənləşib. Futbolinfo.az "Qəbələ"nin rəsmi saytına istinadla xəbər verir ki, komandalar “Dalğa Arena”da üz-üzə gələcəklər.
UEFA Avropa Liqasının ilk üç turu çərçivəsində baş tutan oyunları “Bakcell Arena”da keçirən “qırmızı-qaralar”ın arenanı dəyişməsinə səbəb adıçəkilən stadionda renovasiya işlərinin aparılmasıdır.
“Qəbələ” İdman Klubu “Dalğa Arena”da keçirilən oyunu izləmək istəyən azarkeşlərin rahatlığını təmin etmək məqsədilə paytaxt mərkəzindən stadiona nəqliyyat vasitələri ayıracaq. Bu məqsədlə ayrılan avtobuslar oyun günü azarkeşləri matçın keçiriləcəyi stadiona aparacaq və geri gətirəcək. Nəqliyyat vasitələrinin marşrutu barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, avqustun 18-də “Dalğa Arena”da keçiriləcək “Qəbələ” – “Maribor” oyunu saat 21:00-da başlayacaq.
Bu matçın "Bakcell Arena"da keçirilməyəcəyi haqda xəbəri ilk olaraq "Futbolinfo" vermişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza