Ölkə futbolu
“Höteborq”un yeni transferi: “Mançester Yunayted”ə qarşı çıxış edə bilərəm”
Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsində …
Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq İsveç “Höteborq”u sıralarını Avstraliya yığmasının futbolçusu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, skandinaviyalılar sol cinah müdafiəçisi Skot Ceymisonla müqaviləyə imza atıb.
Klub rəhbərliyi bu transferin sırf “Qarabağ”la oyuna hesablandığını söyləblər. Onlar Azərbaycan çempionu ilə görüşlərin həyati əhəmiyyət daşıdığını bildiriblər.
Futbolçunun “süvarilər”ə qarşı hər iki oyunda meydana çıxacağı gözlənilir. Ceymison özü də keçidini sırf Avropa Liqasıyla bağlayıb: “Bu mərhələni adlayacağımız təqdirdə "Mançester Yunayted”, “İnter”, “Atletik” kimi rəqiblərə qarşı çıxış etmək şansı qazanaram”.
Qeyd edək ki, Ceymison Avstraliyanın gənclər yığmasıyla yanaşı, əsas komandasında da 4 dəfə meydana çıxıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…