Ölkə futbolu
Azərbaycanda tarix yazdı, AEL ilə müqavilə imzaladı
“Qəbələ” tarixinin ən uğurlu legionerlərindən biri …
“Qəbələ” tarixinin ən uğurlu legionerlərindən biri olan Dodo özünə yeni klub tapıb. Futbolinfo.az saytının məlumatına görə, zədələr səbəbindən özünü son vaxtlar göstərə bilməyən Dodo “Qəbələ”dən ayrıldıqdan sonra keçdiyi “Joinville” klubunda cəmi 3 matçda çıxış etdikdən sonra iş yerini dəyişib.
Dodo artıq Yunanıstan Liqasında mübarizə aparan AEL ilə müqavilə imzalayıb. Bu ildən yüksək liqada çıxış edəcək 52 yaşlı klub Dodonun xidmətlərinə böyük ümidlər bəsləyir. Yunan mətbuatı isə “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynamış, eləcə də “Dinamo”da (Zaqreb) forma geyinmiş Dodonun keçidini böyük hadisə hesab edir.