Müsahibə
Zaur Svanadze: "Heç-heçə ədalətli nəticədir"
"İnter"in baş məşqçisi Zaur Svanadze Premyer Liqa…
"İnter"in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 2-ci turunun"Qəbələ" ilə qolsuz bərabərliklə başa çatan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
– Birinci hissə barəsində onu deyə bilərəm ki, necə hava vardısa, elə də oyun alındı. Hər iki komanda imkanlarından aşağı oynadı. Xüsusilə də biz. Lakin fasilədən sonra bir qədər "artırdıq". Deyərdim ki, 2 real qol vəziyyətimiz oldu. Heç-heçə də pis nəticə deyil. "Qəbələ" yaxşı komandadı. Onlarla oynamaq həmişə çətindi. Qarşıdakı oyun barədə düşünməliyik.
– Hesab oyuna görə oldu?
– "Qəbələ"nin müəyyən ərazi üstünlüyü ola bilər. Lakin nəticəni ədalətli sayıram.
– "İnter"i gizli favorit saymaq olar?
– Fikrimdə qalıram, hələ çempionatın əvvəlidi. İndidən nəsə demək olmaz.
– Kimə qarşı oynamaq asandı: "Qarabağ"a, yoxsa "Qəbələ"yə?
– Çempionatın əvvəlində bu cür güclü rəqiblərə qarşı oynamaq istəməzdik. Hər ikisi güclü kollektivdi.
– Penalti epizodu ilə bağlı nə deyə bilərsiz?
– Uzaq idi. Düzü, görə bilmədim.
AĞA