Dünya futbolu
Ramil Şeydayevin yeni klubu ilə ilk məğlubiyyəti
Türkiyənin "Trabzonspor" klubu Super Liqanın yeni m&o…
Türkiyənin "Trabzonspor" klubu Super Liqanın yeni mövsümü ərəfəsində daha bir yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası İstanbulda "Bursaspor"la qarşılaşıb.
Oyundan öncə Trabzon təmsilçisi Ramil də daxil olmaqla bu yay aldığı yeni futbolçularını azarkeşlərinə təqdim edib.
Qarşılaşma isə "Trabzonspor"un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ramil bu görüşün 83-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, bu, Şeydayevin "Trabzonspor"dakı ilk məğlubiyyətidir. O, bu komandaya qoşulandan bəri Macarıstanda 6 yoxlama oyunu keçirimişdilər və hamısında qalib gəlmişdilər. Həmin oyunlarda qapısında cəmi 1 top görüb, 21 qol vuran trabzonluları 2 dəfə də azərbaycanlı futbolçu sevindirmişdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…