Bizi izləyin

Premyer-liqa

Natamam “Qəbələ”

“Qəbələ” Premyer Liqaya hazır deyil. Bəli, “Qə…

blank

“Qəbələ” Premyer Liqaya hazır deyil. Bəli, “Qəbələ”! Həmin komanda ki, Avropa Liqasında qrup mərhələsinin bir addımlığındadı, həmin komanda ki, qitə klublarını bir-bir dizə gətirir.

Paradoksdu, bilirəm. Amma həm də reallıqdı. Çünki Avropada oynayan “Qəbələ” ilə Azrbaycan klubları ilə mübarizə aparan kollektiv arasıda ciddi fərq var.

“İnter”lə dünənki 2-ci tur matçında buna bir daha əmin oldum. Meydanda əzmkar, lakin ustalıq səviyyəsinin aşağı olması səbəbindən istəyinə çata bilməyən, ağıllı müdafiə olunan rəqibə qarşı dişsiz olan bir komanda var idi.

“Qəbələ”də hər hansı eniş yoxdu, Roman Qriqorçukun da ağlı yerindədi. Ukraynalı mütəxəssisi çarəsiz edən əlindəki qandallardı. Premyer Liqada tətbiq olunan limit onun bacarığını, komandasının imkanlarını zəncirləyib. Səviyyəli yerli oyunçuların qıt olduğu bir vaxtda qolunun gücü əcnəbilər olan Qriqorçuk susuz çalaya düşmüş balıq kimidi.

Çempionat matçında 5 yerli futbolçu oynamalıdı. Belədə ukraynalı əsas silahlarından kimlərisə ehtiyatda oturtmağa məcburdu. Rəşad Sadiqovun zədəli olduğunu nəzərə alsaq, Qriqorçuk həmin beşliyi seçmək üçün çox əziyyət çəkir. Həm də qarşıda “Maribor”la pley-off oyunu olduğundan o, aparıcı əcnəbiləri qorumalıdı. “İnter”lə matçda bunu etmək istədi və vacib 2 xaldan məhrum oldu.

Rəhbərlik büdcəni azaldıb, yerli oyunçu transferinə vəsait ayırmayıb. Qriqorçuk akademiya uşaqlarından istifadə etməlidi. Onların səviyyəsi isə boşluqları doldurmaq üçün yetərli deyil. Asif Məmmədov, Ürfan Abbasov, Tellur Mütəllimov və başqaları çempionluğa oynayan komandanın “aktyor”ları deyil, Rəşad Eyyubov isə divizion səviyyəli oyunçudu. Dünənki matçda hücumçu əvəzetmədən oyuna qoşuldu, ön xətti iflic etdi, şəkildiyi sol cinah yarımmüdafiəsində də işləri korladı, iş o həddə çatdı ki, əsəbləşən Qriqorçuk onu dayaq oyunçusu mövqeyinə çəkdi. Burada isə Rəşad yalnız rəqiblərə mane olmaqla ümumi işə faydalı olmağa çalışdı, yaradıcı planda isə “Qəbələ”ni axsatdı. Hətta son əvəzləmə məhz Eyyubova uyğun yer tapılmasına görə edildi.

Sergey Zenyov da əvvəlki səviyyəsində deyil. Yəqin çempionatın hər iki matçında oynayan estona “Maribor”la görüşdə şans verilməyəcək. Rikardinyo 2 həftədi dincəlir, Sloveniya klubu ilə görüşdə əvəzedilməz olacaq. Vitali Vernidubsa yəqin ki, Rafael Silva – Voislav Stankoviç cütlüyünün kölgəsində qalacaq.

“İnter”lə oyun “Qəbələ”nin mövsümdəki ən pis matçı idi. Hətta Qriqorçukun arxasını çevirib baxmadığı, mövsümün boşa verilən ilk penaltisinə rəğmən, “qırmızı-qaralar” bu oyunu udmağa layiq deyildi. Sırf zəif yerli oyunçular amilinə görə komanda solğun təsir bağışladı. Bəlkə də təmsilçimiz oyunu izləyən sloveniyalıları aldada bildi, çünki avrokubokda fərqli heyət, bütün əcnəbilərin çıxış edəcəyi kollektiv daha güclü olacaq. Lakin Rəşad Eyyubov, Asif Məmmədov, Ürfan Abbasovla çempionluq xəyaldı.

“Maribor”la oyuna 5 gün qalıb. Həmin matçı da udulmuş saymaq olmaz. Düzdü, həmin görüşdə daha güclü “Qəbələ” görəcəyik, lakin işi təkcə futbolçuların boynuna da qoymaq olmaz. “Qəbələ” rəhbərliyi elə bugündən uzaq “Dalğa Arena”nın azarkeşlə doldurulması üçün fəaliyyətə başlamalıdı. Xüsusi nəqliyat vasitələri ayrılmalı, təbliğat işi görülməlidi ki, komanda 12-ci oyunçu ilə daha yaxşı oynasın.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm