Premyer-liqa
"Neftçi" "Zirə"yə uduzdu
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. Fu…
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də bir görüş baş tutub.
"Neftçi" Masazırdakı "Əlincə Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarının sonlarında "Neftçi"nin müdafiəçisi Məqsəd İsayevin avtoqolu "Zirə"yə minimal hesablı qələbə qazandırıb.
Azərbaycan Premyer Liqası
2-ci tur
14 avqust
“Neftçi” – “Zirə” – 0:1 (0:1)
Qol: M.İsayev, 43-öz qapısına (0:1).
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
Masazır. "Əlincə Arena".
“Neftçi”: 1. Krşevan Santini, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 6. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 9. Katalin Tira, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 99. Denilson Pereyra, 11. Ruslan Qurbanov.
Baş məşqçi: Vəli Qasımov.
“Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 18. Tural Cəlilov, 28. Təmkin Xəlilzadə, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 21. Murad Səttarlı.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 55. Cəmil Hacıyev, 5. Adil Nağıyev, 17. Vüsal İsgəndərli, 90. Muxtar Əliyev, 99. Yasin Həmid, 11. Viktor İqbekoyi.
Baş məşqçi: Adil Şükürov.
Turun digər oyunları: “Sumqayıt” – “Qarabağ” 0:2, “Qəbələ” – “İnter” 0:0, “Kəpəz” – AZAL 0:0.