Premyer-liqa
Adil Şükürov: "Bu, həyəcan və təzyiqdən irəli gəlirdi"
Premyer Liqanın 2-ci turu çərçivəsində keçiri…
Premyer Liqanın 2-ci turu çərçivəsində keçirilən "Neftçi" – "Zirə" oyunundan sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, səfərdən yeganə qol hesabına qələbəylə ayrılan komandanın çalışdırıcısı heyətin tam oturuşmadığını bildirdi.
– Azarkeşlərimizə təşəkkürümü bildirirəm. "Neftçi"nin sürətli futbolçuları olduğunu bilirdik. Buna qarşı da taktika hazırlamışdıq.
– Qələbəni bəxtlə, yoxsa ağıllı oyunla əlaqələndirərsiniz?
– Komanda oturuşmaqdadı. Oyundan oyuna artıracağıq.
– Ötən tur hesabda geridə olarkən, futbolçularınız vaxt uzatmağa meyl etmirdilər. Bu gün isə azı 3 dəfə bu halı gördük…
– Bu, həyəcan və təzyiqdən irəli gələn məqam idi.
– "İkinci mərtəbə"də Nurlan Novruzov effektiv deyil. Ucaboy hücumçuya ehtiyac duymursunuz?
– Axtarırıq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”