Dünya futbolu
Azərbaycanlı futbolçular lideri devirdilər
Futbol üzrə Latviya birinci liqasında 18-ci turun oyunları ke&…
Futbol üzrə Latviya birinci liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda çempionatın lideri "Babite" ilə qarşılaşıb. Hansı ki, bu komanda əvvəlki 16 oyununun hamısında qalib gəlmişdi. Amma bu matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb – 3:0.
Lideri məhz azərbaycanlı futbolçular deviriblər. Vüqar start heyətdə başladığı matçın 90-cı dəqiqəsində əvəzlənib. Orxan isə 59-cu dəqiqədə meydana daxil olub.
Qarşılaşmada hesabı 5-ci dəqiqədə Vüqar açıb. 69-cu dəqiqədə Əsgərov özünün və komandasının ikinci qolunu vurub. "Olayne"nin gözlənilməz qələbəsini 83-cü dəqiqədə Orxan rəsmiləşdirib – 3:0.
Bu, Əsgərovun cari mövsümdə vurduğu 23-cü qol olub. Həsənəliyev isə 8 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 34 xal toplayan "Olayne" 15 klub arasında 4-cü pillədə qərarlaşıb.