Ölkə futbolu
FİFA prezidenti 101 yaşında vəfat etdi
FİFA-nın sabiq prezidenti Joao Avelanj bu gün vəfat edib. O, 1…
FİFA-nın sabiq prezidenti Joao Avelanj bu gün vəfat edib. O, 101 yaşında dünyasını dəyişib.
Avelanj 1974-1988-ci illərdə FİFA prezidenti vəzifəsində çalışıb. O, eyni zamanda Braziliyanın su polosu üzrə yığma komandasının heyətində 1936 və 1952-ci illərdə Yay Olimpiya Oyunlarında iştirak edib. Avelanj karyerasını bitirdikdən sonra 1955-1963-cü illərdə Braziliya Milli Olimpiya Komitəsinin, 1963-2011-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.