Ölkə futbolu
Tavares ümidlidi
Avropa Liqasının pley-off matçı çərçivəsind?…
Avropa Liqasının pley-off matçı çərçivəsində keçirilən “Qəbələ” – “Maribor” (3:1) oyunundan sonra sloveniyalıların yeganə qolunun müəllifi Tavares jurnalistlərə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, hücumçu komandasının məğlubiyyətini belə şərh edib: “İlk hissədə pis oynamadıq. Vacib qolu vurduq və üstünlüyü tam ələ keçirdik. Hətta növbəti dəfə fərqlənmək imkanımız vardı. Bərabərlik qolu, ardınca da fasilədən dərhal sonra gələn iki qol komandamızın oyun intizamını pozdu. Heç cür özümüzə gələ bilmədik. Rəqib isə bundan məharətlə yararlandı. Üzülməyə dəyməz, nəticə faciəvi deyil və bizi qarşıda cavab matçı gözləyir. “Qəbələ”nin heyətində kimi bəyəndim? Mən bu gün yalnız öz komanda yoldaşlarmı bəyəndim. Uduzmağımıza baxmayaraq, sona qədər mübarizə apardılar. Cavab görüşü bizim üçün rahat olacaq. Bu rəqibi lazımi nəticə ilə məğlub edib qrup mərhələsində vəsiqə qazanmağa çalışacağıq”.