Premyer-liqa
Adil Şükürov: "Yaxşı oynadıq, amma çatışmazlıqlar var"
"Zirə"nin baş məşqçisi Adil Şükürov Az…
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Azarkeşlərmizi qələbə münasibətilə təbrik edirəm. Futbolçularım yaxşı oynadılar. Amma bəzi çatışmazlıqlar var. Rəqib topla daha çox oynayırdı. Oyunumuzu yaxşılaşdırmaq üçün daha çox işləməliyik.
– Qarşıda 20 günlük fasilə var. Bu, komandanıza necə təsir edəcək?
– Buna uyğun planımızı tutmuşuq. Bir neçə yoxlama oyunu keçirəcəyik.
– Sizə elə gəlmir ki, Anar Nəzirov bu gün elə də etibarlı deyildi? Hətta ilk hissədə 2 dəfə topu da əlindən qaçırdı…
– Hər futbolçuda belə səhvlər olur. Bunu təbii qarşılayıram. Evdə oynayırdıq, həyəcanlı idi.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”