Müsahibə
Şahin Diniyev: "Darionu evləndirmək lazımdı"
Premyer Liqanın 3-cü turu çərçivəsində ke&ccedi…
Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilən "İnter" – "Kəpəz" oyunundan sonra qonaqların baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qələbəyə daha yaxın olduqlarını söyləyib.
– Çox danışmaq istəmirəm. Danışmaq çətindi. Qələbənin bir addımlığında dayandıq. Uşaqlar ruhdan düşməməlidi. Hər üç oyunumuzun ilk yarısı isti havada baş tutub. Ancaq hər üçündə fasilədən sonra üstün oynamışıq. "İnter"i kiçiltmək istəmirəm. Ancaq hesab edirəm ki, biz qələbəyə daha yaxın idik. Qələbəyə çox ehtiyacımız var idi. Ancaq bu, futboldu.
– Ebahın ilk dəqiqələrdən meydanda olmamasının səbəbi nə idi?
– Başlıca amil hücumçunun psixoloji cəhətdən problem yaşaması idi. Qol vurmurdu, onu qıcıqlandırmağı qərara aldım. Eyni zamanda, "İnter"i təhlil etmişdim, onun əvəzetmədən daha effektiv olacağını düşünürdüm.
– Komandanız standart vəziyyətlərdən istifadə etməkdə çətinlik çəkir. Bu səpkidə problem nədi?
– Bunun üzərində işləyəcəyik. Rəqib iki dəfə bu fürsətdən yararlandı.
– Dario bu gün sizi çox əsəbləşdirdi. Tənbeh etmək fikriniz varmı?
– Onu yəqin evləndirmək lazımdı. Bir sıra epizodlarda qayda pozuntusu oldu və o, mübarizəni dayandırdı. Buna əsəbləşmişdim. İlk yarıda super oynadı, ancaq fasilədən sonra farmazonluq etməyə başladı.
– Çempionatda fasilə yaranır. Bu, komandanıza mane olmayacaq?
– Əlbəttə, olacaq. Ancaq məqsədimiz millinin inkişafıdısa, bununla barışmalıyıq. Uşaqlar yeni-yeni formaya düşürdülər. İndi bir neçə tura da ehtiyac olacaq ki, komandamız tam oturuşsun.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”