I Liqa
“Bakı” I Diviziona niyə buraxılmadı?
Bildiyiniz kimi, sabah futbol üzrə Azərbaycan I Divizionunun 20…
Bildiyiniz kimi, sabah futbol üzrə Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Püşkatmada “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Mil Muğan”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Göyəzən”, “Energetik”, “Səbail” klubları iştirak edəcəklər.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycan futbolunda öz dəsti-xətti olan “Bakı” bu mövsüm heç I Divizionda da oynamayacaq. Bunun səbəbi isə birdir. Futbolinfo.az saytının məlumatına görə, “Bakı” I Divizionda iştirak etmək üçün lazım olan sənədləri Peşəkar Futbol Liqasına təqdim edə bilməyib.