Ölkə futbolu
Ramaldanov vurduğu qoldan danışdı
Azərbaycan milli komandasının sabiq üzvü Rasim Ramaldanov…
Azərbaycan milli komandasının sabiq üzvü Rasim Ramaldanov Gürcüstan çempionatında qol hesabını açdı. “Kolxeti” klubunun əsas oyunçusuna çevrilməkdə olan Ramaldanov “Sioni” ilə səfər matçında komandanının ilk qolunu vurub.
3-cü turun oyunu məhz “Kolxeti”nin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qələbədə pay sahibi olan Ramaldanov oyunla bağlı fikirlərini Futbolinfo.az saytı ilə bölüşdü:
“3-cü turda ağır oyuna çıxdıq. “Sioni” yaxşı komandadır və bilirdik ki, səfər oyunu bizim üçün ağır alınacaq. Etiraf edim ki, “Sioni” 1-ci hissədə bizdən üstün oynadı. Buna baxmayaraq, qapımızı toxunulmaz saxlaya bildik. İkinci hissədə isə vəziyyət düzəldi. Sevinirəm ki, ilk qolumu vura bildim. Standart vəziyyətlərdə irəli atılmağı sevirəm. Bu dəfə də belə oldu. Topun hara düşəcəyini hiss edib ayağımın içi ilə zərbə vurdum və komandamın qələbəsində pay sahibi oldum. Qoldan sonra “Sioni” yenə hücuma atıldı. Amma biz vəziyyəti düzgün qiymətləndirib, ikinci qolu vura bildik. Qələbəyə görə şadıq".
Qeyd edək ki, mərkəz müdafiəçisi Azərbaycanda son olaraq, “Sumqayıt”ın formasını geyinib.