Ölkə futbolu
“Yuventus” San-Marinoya yollanır – FOTOLAR
Ötən axşam Bakı Olimpiya Stadionunun süni örtük…
Ötən axşam Bakı Olimpiya Stadionunun süni örtüklü meydançasında həvəskar komandalar arasında MFL-in təşkil etdiyi “San-Marino Kuboku”nun final qarşılaşması baş tutub. Futbolinfo.az xəbər verir ki, həlledici matçda “Yuventus Baku” “AzFar”la qüvvəsini sınayıb.
Maraqlı mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf Azərbaycanın “Qoca Sinyora”sı olub. İlk yarıda 2 dəfə rəqib torunu silkələyən “turinlilər” fasilədən sonra qapılarında 1 qol görsələr də, qələbəni qoruya biliblər.
Qeyd edək ki, turnirin qalibi milli komandamızın dünya çempionatının ilk seçmə oyununda səfərdə qarşılaşacağı San-Marino yığmasına qarşı görüşünü stadiondan izləmək şansı əldə edib.