Bizi izləyin

Layihə

“İnter” üçün pul xərcləmədən fanat ordusu qazanmaq imkanı

“Futbol azarkeşlər üçün oynanılır” &n…

blank

“Futbol azarkeşlər üçün oynanılır” – döyülmüş, bəlkə də kif basmış ifadədi. Ancaq qocalmaq bilmir bu deyim. Tribunalara nəzər saldıqda, məntiq fontan vurur və dilə gəlir: “əhalinin sosial rifahı stadiona gələn tamaşaçı sayında öz əksini tapır”.

Paytaxtda məskunlaşan çoxsaylı klublar onsuz da kasad fanat ordusunu bir neçə yerə parçalayır. Belədə ortaya sual çıxır: nəyin hesabına tamaşaçı sayını artırmaq mümkündü?

Bu yöndə dünya praktikasına boylanmaq kökündən yanlışlıq olardı. Çünki Azərbaycan cəmiyyəti spesifik, özünəməxsus baxış bucağına sahib bir varlıqdı. Hələ sovetlər dönəmində “Neftçi”nin ev oyunlarına qiymətli uduşlar qoyulurdu. Daha doğrusu, avtomobillər. Bu da Respublika stadionunun dolmasına ciddi təkan verirdi. 

Müstəqillik qazandıqdan sonra analoji praktika həyata keçirilsə də, tribunalara toplaşanlar tezliklə anladılar ki, onlar heç vaxt evlərinə avtomobillə yollanmayacaqlar. Niyəsini bu cür lotereyaları təşkil edən klublar bilir…

Bu gün də hansısa klub uduşa 10-15 minlik avtomobil qoysa, hər qapısından da “Quran” assa və and-aman eləsə ki, uduş təmiz keçirilir, ölkədəki söz sahiblərinin imici elə bir vəziyyətdədi ki, əhali onlara inanmayacaq. Bəs, alternativ varmı?

Bu sualın cavabını axtarmazdan öncə diqqətimizi çəkən bir məqam barədə yazmaq istəyərdik. “İnter” rəsmi saytı vasitəsi ilə son 100 gündə görülən işlərin hesabatını ortaya qoyub. Bu hesabatda da diqqət çəkən məqamlardan biri(ncisi) klubun azarkeşlər arasında həvəsləndirici lotereya təşkil etmək planıdı. Nəzərə alsaq ki, “İnter Arena” 5300 tamaşaçı tutumuna malikdi, biletlərin qiyməti isə 1 manat təşkil edir, 10-15 minlik avtomobilin uduşa çıxarılacağı real deyil. Üstəlik, yuxarıda qeyd etdiyimiz “insan inamı” faktorunu da unutmaq olmaz. 

İndi də qayıdaq alternativ variant məsələsinə. Stadiona toplaşanlar kimlərdi? 15-30 yaş aralığında olan futbolsevərlər. Başqa sözlə, gənc nəsil. Gənclər əyləncəyə meylli olur – bunu deməklə də Amerikanı yenidən kəşf etmədik. Paytaxtda çoxsaylı əyləncə mərkəzləri mövcuddu. Bu mərkəzlərlə işbirliyi qurmaqla “İnter” “bir gülləylə iki dovşan vura bilər”. 

Konkret misal göstərək ki, praktiki yol üzə çıxsın. Klubla “X” Əyləncə Mərkəzi arasında müqavilə imzalanır. Anlaşmaya əsasən, “İnter”in hər ev oyununda 5 azarkeş 100 manatlıq uduş kuponuna sahib olur və bu məbləğə həmin mərkəzdə istədiyi əyləncədən yararlana bilər. Qarşılığında klub həmin Əyləncə Mərkəzinin bannerini stadionunda yerləşdirir.

Analoji misallar sadalamaq niyyətindən uzağıq. Başlıca məqsəd bunu çatdırmaqdı ki, de-fakto, pul xərcləmədən tamaşaçılar üçün alternativ əyləncəyə yol açmaq və bununla da fanat ordusunu genişləndirmək mümkündü. Əlbəttə ki, bu kampaniyanın təbliğinə də xüsusi önəm vermək gərəkdi. Ancaq təbliğatı tək “bankirlər” aparmayacaq.

Məsələ burasındadı ki, bu xəbər olduqca qısa müddətdə yayılacaq. Pulsuz reklamı stadiona gələn azarkeşlər özləri edəcək. Şəbəkə marketinqi ilə bircə gün məşğul olan yoldaşlar bunun necə baş verəcəyini yaxşı bilir. Qalır klubun deyilənləri dürüst şəkildə həyata keçirməsi. Yəni, əmioğlu, bibinəvəsi və s. kimi yoldaşlar qalib olsalar, heç bu layihəyə start verməyə ehtiyac yoxdu. Konkret kluba heç bir aidiyyatı olmayan insanlar lotereyanın qalibi olmalıdılar ki, dediyimiz şəbəkə xətti müsbət effektini versin.

İndi qalır gözləmək. Bu plan həyata keçdikdən sonra isə tribunalarda artım sezilməyə başlayacaq. Əlbəttə, addım-addım. Ancaq “Moskva da dərhal tikilməmişdi”…

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-22 12:07

“Qəbələ”nin legioneri: “Geridönüş edə bilərik”

blank
Digər idman növləri2024-04-22 11:52

MBA-da ilk oyunlar geridə qaldı

blank
Dünya futbolu2024-04-22 11:37

Xavi antirekordla tarixə düşdü

blank
Dünya futbolu2024-04-22 11:20

Mendi “Real”dan ayrıla bilər

blank
Ölkə futbolu2024-04-22 11:02

5 aylıq həsrətin sonu, daha da qızışan ikincilik mübarizəsi

blank
Ölkə futbolu2024-04-22 10:47

“Səbail”in 50-ci, “Zirə”nin 100-cü qələbəsi

blank
Dünya futbolu2024-04-22 10:32

“Milan” Pioliyə əvəzedici tapıb

blank
Digər idman növləri2024-04-22 10:15

Nicat Kanadada qələbə qazana bilmədi

blank
Digər idman növləri2024-04-22 10:00

Azərbaycan paraüzgüçüsü Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-22 09:42

Azərbaycanın üç boksçusu Avropa çempionatının 1/4 finalında

blank
Dünya futbolu2024-04-22 09:25

Hüseynovlu “Arda” ÇSKA-ya da uduzdu

blank
Ölkə futbolu2024-04-22 09:09

“Yurqorden”in idman direktoru: “Qurbanlı ayrılmaq istədiyini bizə deməyib”

blank
Ölkə futbolu2024-04-22 08:51

Şeydayevdən narazılıq var: “Zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”

blank
Ölkə futbolu2024-04-22 08:34

Musa “Yurqorden” dəftərini bağladı?

blank
Ölkə futbolu2024-04-22 08:17

“Qarabağ”ın növbəti potensial rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-22 08:00

İddialıların “autsayder ovu”

blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm