Bizi izləyin

Ölkə futbolu

“Cıdır düzü”ndə “Qarabağ”-şou

0:1-lik məğlubiyyət. Avrokubokdakı son qələbənin üstü…

blank

0:1-lik məğlubiyyət. Avrokubokdakı son qələbənin üstündən 4 oyun keçib. Rəqib vaxtilə UEFA Kubokunu başı üzərinə qaldırmış komandadı. Bu, İsveç “Höteborq”uyla oyunöncəsi “Qarabağ”ın əleyhinə işləyən faktorlar idi.

Tofiq Bəhramov adına Respublika stadionunu gördükdə isə, dərdimizin üstünə dərd gəldi. Ot örtüyü həftələrlə davam edən cıdır yarışmasından sonrakı meydanı xatırladırdı. Bu cür meydanda kombinasiyalı oyun qurmaq, hücum etmək, dəqiq ötürmə vermək əsl başağrısıdı. De-fakto Azərbaycana məxsus stadion Azərbaycan klubuna oyun başlamamış badalaq vurmuşdu… 

Start heyəti və ehtiyat oyunçular skamyasında qalan oyunçuların siyahısına baxdıqda da ürəkaçan mənzərəni görmədik: Bədavi Hüseynovun yoxluğu müdafiənin mərkəzindən ciddi narahatlığa əsas verirdi. Elə start dəqiqələri də bu həyəcanın əbəs olmadığını isbatladı. Elvin Yunuszadənin mövqe səhvləri komanda yoldaşlarının hücum qurmasına belə, mane olurdu. İstər-istəməz hamının bir gözü Yunuszadədə idi…

Ancaq dəqiqələr ötdükcə “Qarabağ”ın meydanın hər qarışındakı hegemonluğu özünü göstərməyə başladı. Qol yetişirdi və artıq 19-cu dəqiqədə Respublika stadionu partladı. Özü də Azərbaycan futbolunun ağrılı yeri – standart vəziyyətdən sonra: Rişard Almeydanın künc zərbəsindən yerlə ötürdüyü topu əvvəlcə Qara Qarayev buraxdı, ardınca Dani Kintana üstündən tullandı və nəhayət, Rəşad Sadıqov ayağının içiylə uzaq küncə göndərdi. Kapitanın zərbəsi qüvvətli alınmadı və bunun səbəbi yenə də meydançanın faciəvi durumda olması idi. Top sanki minalanmış zonadan keçərək, Sadıqovun önünə gəlmişdi. Lakin məşhur mahnıda olduğu kimi “qoca çinar bilirdi” – 1:0!

Qoldan sonra da Azərbaycan çempionunun hücumları göz oxşayırdı. “Höteborq”u düzgün təhlil edən Qurbanov yetirmələrinə bütün ötürmələri müdafiəçilərin arxasına ünvanlamağı tapşırmışdı. Ucaboy skandinaviyalılar bu cür ötürmələrdən sonra seyrci rolunu alırdı. Belə epizodlardan birində Reynaldo kəsmə ötürməylə Dani Kintananı Con Alvboqe ilə üz-üzə çıxardı. İspaniyalı yarımmüdafiəçi iti bucaq altında idi və qapı torunu silkələmək şansı yüksək olsa da, daha ağıllı gedişə əl etdi: əks tərəfdən qapıya şığıyan Muaremə ötürmə etməklə. Qalanı isə asan idi: makedoniyalı Muarem komandamızı ümumi hesabda önə çıxardı.

26 dəqiqəyə vurulan 2 qol istənilən komandanı hövsələdən çıxara bilər, amma doyunca şimal havası udmuş “Höteborq” bu tərs şillələrdən şoka düşmədi. Eyni oyun üslubunu davam etdirən qonaqlar ilk oyundakı qolun ab-havası altında idilər. Onlar gözəl başa düşürdülər ki, istənilən an çempionumuzu məyus etməklə, bütün arzularımızı puç edə bilərlər.

Lakin fasilədən sonra gələn qol da “Höteborq”un qapısının payına düşdü. Muarem elə bir ötürmə etdi ki, bunu ancaq qədim nağıllardakı ifadəyə bənzətmək olar: “yemə-içmə, bu ötürmənin gözəlliyinə bax”. Bununla da Muarem ilk yarıda aldığı hədiyyənin xəcalətindən çıxmış oldu. Çünki ötürmə Dani Kintanaya verilmişdi. “99” da əlinə düşən fürsətdən maksimum faydalanaraq, 3-cü dəfə qonaqları meydanın mərkəzinə dəvət etdi.

Qalan 40 dəqiqə ərzində “Höteborq” minimum 2 dəfə ağdamlıların qapısına yol tapmalı idi, lakin nəzərə alsaq ki, meydanda yalnız bir komanda var idi, isveçlilərin fatihəsi çoxdan verilmişdi…

Azərbaycan çempionu sonadək təşəbbüsü əldən vermədi və layiq olduğu parlaq qələbəylə Avropa Liqasının qrupuna vəsiqə əldə etdi. Ardıcıl 3-cü dəfə bu uğura imza atan “süvarilər”in sıralarında bir nəfər çatmırdı. O, bu qarşılaşmanı xəstəxanadan izləyirdi. Amma doğma komandası Asif Əsgərov üçün hər şey etdi: 3-cü dəfə Avroliqanın qrupuna 3 qolla adlamaq klubun baş menecerinə ən gözəl məlhəm oldu.

Nəhayət, “Qarabağ” gözlənilən və arzulanan oyunu nümayiş etdirdi! Nəhayət, “Qarabağ” ağırlığını ortaya qoydu! Nəhayət, “Qarabağ” coşdu və tribunaları coşdurdu! Bu qələbə ölkəmizdə on minlərlə evə əsl bayram əhval-ruhiyyəsi gətirdi. Bayramınız mübarək!

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm