Dünya futbolu
"Qəbələ"nin sabiq baş məşqçisi "Lokomotiv"də!
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin …
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin yeni iş yeri bəlli lub. Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis bundan sonra Moskva “Lokomotiv”ini çalışdıracaq.
O, artıq bu gündən rəsmən “dəmiryolçular”ın baş məşqçisi kimi təsdiq olunub. Amma klub köhnə-yeni çalışdırıcısı ilə neçə illik müqavilə imzalandığını açıqlamayıb.
Syomin UFA-ya qarşı keçiriləcək oyunda debüt edəcək.
Qeyd edək ki, Syomin 1992-2005-ci illərdə də bu komandaya rəhbərlik edib. İki dəfə bu kluba çempionluq qazandıran mütəxəssis dörd dəfə Rusiya kubokuna, iki dəfə də superkuboka sahib çıxıb.