Ölkə futbolu
“Zirə” yoxlama oyununda qələbə qazandı
"Zirə" Premyer Liqada yaranan fasiləyə baxmayaraq, hazır…
"Zirə" Premyer Liqada yaranan fasiləyə baxmayaraq, hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi ötən gün fasilə dövründə ilk yoxlama oyununu keçirib.
Sözügedən komanda 1-ci dvizion təmsilçisi “Şərurspor”la üz-üzə gəlib. Milli komandalarda olan futbolçular – Elvin Məmmədov, Anar Nəzirov, Vüqar Mustafayev və Adil Nağıyev bu oyunda iştirak etməyib.
Zirəlilər bu görüşün taleyini elə ilk yarıda vurduqları 4 qolla həll ediblər. Murad Səttarlı dubl etdiyi halda, Tural Cəlilov və Vüsal İsgəndərli hərəyə bir dəfə fərqləniblər. Fasilədən sonra qapılara qol vurulmayıb. Nəticədə, "Zirə" yoxlama oyununda 4:0 hesablı qələbə qazanıb.
“Zirə” – “Şərurspor” – 4:0
“Zirə”: Kamal Bayramov, Yovan Krneta (Əmrah Bayramov), Migel Lorenso(Cəmil Hacıyev), Tural Cəlilov, Təmkin Xəlilzadə (Aleksandr Şemonayev), Milan Duriç (Müşviq İlyasov), Viktor İqbekoyi (Tapdıq Əhmədov), Nurlan Novruzov (İlkin Muradov), Gerhard Proqni (Elgün Nəbiye), Vüsal İsgəndərli, Murad Səttarlı (Yasin Həmid).
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”