Milli komanda
Millimiz finalda da qalib gəlib, A divizionuna vəsiqə qazandı
İtaliyanın Kataniya şəhərində təşkil olunmuş çimərlik…
İtaliyanın Kataniya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub.
Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.
Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.
Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib