Milli komanda
Çexiya millisinin qapıçısi Azərbaycanı özlərinə rəqib saymır
“Almaniya yığması bizim qrupun aşkar favoritidi. Hazırkı m…
“Almaniya yığması bizim qrupun aşkar favoritidi. Hazırkı məqamda onlarla rəqabət aparmaq çox çətindi”. Futbolinfo.az xəbər verir ki, bunu Çexiya millisinin qapıçısı Tomaş Vaçlik deyib.
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan çexlər mübarizəyə sentyabrın 4-də Şimali İrlandiyaya qarşı matçla başlayacaqlar. Yığmaya növbəti dəfə dəvət alan Vaçlik yerli mətbuata açıqlamasında qrupu dəyərləndirib.
27 yaşlı qolkiper komandamızı özlərinə əsas rəqiblər sırasında görmür. O, hədəflərinin ikinci yeri tutmaq olduğunu bildirib: “Bilirik ki, qrup ikinciliyi uğrunda Şimali İrlandiya və Norveçlə mübarizə aparacağıq. Onlarla yarışdan qalib ayrılıb pley-offda iştirak etmək üçün mümkün qədər çox xal toplamayalıyıq. Bu baxımdan Azərbaycan və San Marino ilə görüşlər çox önəmlidi. Təbii ki, onlara da yuxarıdan aşağı baxmaq olmaz. Seçmə mərhələyə uğurlu start götürmək vacibdi. Bu üzdən Şimali İrlandiya ilə evdəki oyunda qələbə qazanmalıyıq”.
Qeyd edək ki, Çexiya ilə Azərbaycan yığmaları arasında ilk oyun oktyabrın 11-də, qrupun III turu çərçivəsində “Munisipial” stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”