Dünya futbolu
“Fiorentina” rəsmisi: “Ən çətin səfərimiz Azərbaycana olacaq”
“Avropa Liqasında hədəfimiz addım-addım irəliləmək olaca…
“Avropa Liqasında hədəfimiz addım-addım irəliləmək olacaq. Bu turnirdə iştirak bizim gənc futbolçularımıza stimul ola bilər”.
Futbolinfo.az xəbər verir ki, bunu İtaliyanın “Fiorentina” klubunun idman direktoru Panteleo Korvino deyib.
Klub rəsmisi Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparacaq komandasının bu turnirdəki hədəflərindən danışıb. Yerli mətbuata açıqlama verən Korvino rəqiblər barədə də fikir bildirib.
İdman direktoru təmsilçimiz barədə məlumat topladıqlarını da əlavə edib: “Bizi üç güclü rəqiblə oyunlar gözləyir. Təbii ki, PAOK-un daha təhlükəli rəqib olduğunu düşünürəm. “Slovan”da Milan Baroş kimi futbolçu çıxış edir. Bu da onların gücündən xəbər verir. Hesab edirəm ki, ən çətin səfərimiz Azərbaycana olacaq. Çünki ora xeyli uzaqdı ki, bu, futbolçularda yorğunluq yarada bilər. Həmin səfəri maraqla gözləyirik. Ancaq biz bu ölkələrə gəzməyə yox, oynamağa yollanacaq. PAOK və “Slovan” kimi, “Qarabağ” barədə də artıq müəyyən qədər məlumata malikik”.
Qeyd edək ki, “Qarabağ” J qrupunda “Fiorentina”, “Slovan” və PAOK-la mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”