Bizi izləyin

Premyer-liqa

3 turun qənaəti: “Böyük beşlik” bir addım öndədi

Premyer Liqa ilk antraktını götürdü. Sentyabrın 10-d…

blank

Premyer Liqa ilk antraktını götürdü. Sentyabrın 10-dən “atəşkəs” elan edən elita təmsilçiləri bu boşluğu alternativ çıxış yolları aramaqla, aradan qaldırmağa çalışır. Bəs, çempionatın startı 8 komanda üçün necə alındı? Axı, debütdən çox şey asılıdı.

3 turdan sonra çempionatın potensial lideri “Qəbələ”di. Komanda ilk oyunda “Kəpəz”dən 3 xal alsa da, növbəti tur “İnter”dən üstün futbol sərgiləməsinə rəğmən, bunu tablodakı nəticədə əks etdirə bilmədi. Roman Qriqorçukun komandasının şən futbol oynaması nə qədər ümidverici olsa da, ehtiyat oyunçular skamyasının kasadlığı, bir o qədər düşündürücüdü. Yerli futbolçuların azlığını çempionatın gedişatında özünü qabarıq şəkildə büruzə verəcək. Ruslan Qurbanvun transferi isə… Zaman bu futbolçunun faydası barədə yekun fikri formalaşdıracaq.

“Qarabağ” startda büdrəsə də, bunun təsadüf olduğunu növbəti 2 qarşılaşmada sübuta yetirdi. Qurban Qurbanov yenə də 2 bərabərsəviyyəli heyəti qorumaqla 2 "cəbhə”də döyüşə hazır kollektiv formalaşdırıb. “Qarabağ”ın çempionluğa yenə də əsas namizəd olacağını ilk 3 turdan sonra əminliklə söyləmək olar.

“Zirə” də “böyük qardaşı”nın izi ilə yolunu davam edir. İlk turda “Sumqayıt”dan alınan məğlubiyyətdən sonra “qəsəbəlilər” “Neftçi”ni səfərdə, AZAL-ı isə evdə məğlubiyyətə uğratdılar. Ötən mövsüm Elvin Məmmədov, bu il isə Cavid Tağıyevi “Kəpəz”ə verməkdən imtina edib, “Zirə”yə isə “hə” deyən Ağdam təmsilçisi gümüş medalçının sıralarını xeyli gücləndirdi. Ancaq bunu da qeyd edək ki, “qəsəbəlilər” seleksiya işində öncüllər sırasındadı. Ötən il də, cari mövsümdə də Adil Şükürovun rəhbərlik etdiyi komandaya Azərbaycan ölçüləri ilə göz oxşayan futbolçular cəlb olunur.

“İnter” cari mövsüm məğlubiyyət acısı dadmayan yeganə komandadı. 3-cü turda “Kəpəz”lə heç-heçənin nəticə olaraq “bankirlər”in passivinə yazmaq olar. Ancaq nəzərə alsaq ki, son dəqiqəyədək gəncəlilər hesabda öndə idilər, Zaur Svanadzenin bu xala sevinməli olduğunu bildirməliyik. “İnter”in qızıl medallara əsas namizəd – “Qarabağ” və “Qəbələ”ylə oyunlardan 4 xal toplaması isə “bankirlər”in avrokubok zonasına düşmək iddiasından xəbər verir.

Turnir cədvəlinin aşağıdakı 4 komandasından müsbət sözlərə yalnız “Kəpəz”i layiq görmək olar. Ya zəlzələdən, ya vəlvələdən xal ehtiyatı olduqca kasad olan “sarı-göylər”in oyun baxımından problemi yoxdu. Sadəcə, bir xatırlatma yerinə düşür: ötən mövsüm də “Kəpəz” ilk dövrədə uğursuz nəticələrə imza atmışdı.

“Neftçi”, “Sumqayıt” və AZAL-ın isə ilk 3 turdan sonra turnir cədvəlinin alt hissələrində qərarlaşacaqlarının siqnalını əvvəlcədən vermək olardı. “Sumqayıt” və AZAL-ın büdcəsi daha yüksək yerlər barədə düşünməyə əsas vermirdisə, “ağ-qaralar”ın transfer siyasətindəki uğursuzluq analoji fikrin formalaşmasını şərtləndirirdi. Hər halda, bu heyətin hansısa əlahiddə uğura imza atacağı inandırıcı görünmür. Əlbəttə, ilk baxışdan yaranan fikir yanlış ola bilər. Lakin biz də ilk süni fasiləyə çıxarkən bu qiymətləndirməni vermişik.

Yekunlaşdıraq. “Qarabağ” əvvəlkitək çempionluğa 1 nömrəli namizəddi. Ağdam təmsilçisinə “əlcək atmaq” şansı olan yeganə klub “Qəbələ”di. Medallar uğrunda mübarizə aparacaq komandalar sırasında “Zirə”, “İnter” və “Kəpəz”i göstərə bilərik. Adlarını sadaladığımız “Böyük beşlik” də avrokubok zonasına şanslı görünən komandalar sırasındadı. Hərçənd, ölkə kuboku vasitəsi ilə qitəmiqyaslı yarışlara vəsiqə əldə etmək üçün “Neftçi”nin də adını bu siyahıya şərti olaraq əlavə edə bilərik.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Zirə” ilə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm