Milli komanda
Millimiz Fransaya məğlub oldu
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnir…
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Fransa yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olub.
Komandamızın qollarını Asif Zeynalov və İlkin Hacıyev vurub.
Millimiz turnirdə növbəti oyununu sentyabrın 4-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 12:15-də başlayacaq.