Ölkə futbolu
"Qəbələ" Futbol Akademiyası baş məşqçilərini açıqladı
"Qəbələ” Futbol Akademiyasının komandaları 2016/17 m&…
"Qəbələ” Futbol Akademiyasının komandaları 2016/17 mövsümünün hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, U-19 yeni mövsüm üçün hazırlığa daha erkən start verib.
Emin İmaməliyevin baş məşqçisi olduğu komanda avqustun 8-dən bir araya gəlib. Bu komandada köməkçi məşqçi Azər Həşimovdur. İmaməliyev ötən mövsüm U-19 Liqanın qalibi olduqdan sonra əvəzedici komandaya keçən Hüseynqulu Quliyevin yerinə təyinat alıb. Əvəzedicilərin köməkçi məşqçisi isə Elmar Baxşıyevdir.
"Qəbələ”nin digər komandaları isə mövsümə hazırlıq üçün avqustun 15-də toplaşıb. Qarşıdakı futbol ilində U-17-ni Yaşar Abuzərov, U-16-nı Şəhruz Mustafayev (köməkçi Aqil Mirzəyev), U-15-i Famil Xəlilov (köməkçi Rafael Cəbrayılov), U-14-ü Rakif Əliyev, U-13-ü Ülfət Mədətov çalışdıracaq. Bu məşqçilərdən Şəhriz Mustafayev ilk dəfə baş məşqçi olub. O, "Qəbələ" U-15 və U-19-da Hüseynqulu Quliyevin köməkçisi olub. Rakif Əliyev isə yeni mütəxəssisdir.
"Qəbələ” qarşıdakı mövsümdə U-12, U-11 və U-10-ların yarışlarında iki komanda ilə təmsil olunacaq. U-12 komandalarına Zaur Hacıyev və Rəvan Rəcəbli, U-11-lərə Namiq Əliyev və Sahil Nəcməddinov, U-10-lara isə Anar Surxayevlə Fərid Məmmədli rəhbərlik edir. Kiçikyaşlı futbolçulardan təşkil olunan U-9-da Şəhriyar Kərimli, U-7-də Turxan Ümüdlü fəaliyyət göstərəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…