Dünya futbolu
İngiltərədən çətin, Şotlandiyadan asan qələbə
Sayca 21-ci dünya çempionatının seçmə mərhələ…
Sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start verilib. Futbolinfo.az xəbər verir ki, UEFA-ya üzv olan 55 ölkədən 54-ü 13 vəsiqə uğrunda mübarizəyə başlayıb.
E qrupunda Polşanın Qazaxıstan, Çernoqoriyanın isə Rumıniya səfərində qalib müəyyənləşməyib. Bu oyunların hər ikisində qollu heç-heçə qeydə alınıb. Danimarka isə Ermənistanı məğlub yola salıb.
F qrupunda baş tutan Slovakiya – İngiltərə matçında britaniyalılar son saniyə qoluna seviniblər. Litva – Sloveniya matçında tərəflər hərəyə bir xala razılaşıblar. Şotlandiya isə səfərdə Maltanı darmadağın edib.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
4 sentyabr
E qrupu
Danimarka – Ermənistan – 1:0
Qol: Eriksen, 17.
Qazaxıstan – Polşa – 2:2
Qollar: Xijniçenko, 51; 59 – Kapustka, 9, Levandovski, 35-pen.
Rumıniya – Çernoqoriya – 1:1
Qollar: Popa, 85 – Yovetiç, 87.
F qrupu
Slovakiya – İngiltərə – 0:1
Qol: Lallana, 90+5.
Litva – Sloveniya – 2:2
Qollar: Çerniç, 32, Slivka, 34 – Krin, 77, Sezar, 90+3.
Malta – Şotlandiya – 1:5
Qollar: Effionq, 14 – Snodqrass, 10, 61, 84, Martin, 53, Fletçer, 78.