Bizi izləyin

Ölkə futbolu

Təzadlı yığma: Prosineçki “3 tuz”u gizlədirdi?

Yığma komandamız dünya çempionatının seçmə qr…

blank
Yığma komandamız dünya çempionatının seçmə qrup mərhələsinə səfər qələbəsi ilə başladı. İlk cümləyə söykənərək, demək olar ki, bundan gözəl debüt arzulana bilməz. Ancaq rəqib…
 
San-Marino yığmasının ilk saniyələrdən qapısına sıxılması onların hətta Azərbaycan kimi yığmaya rəqib olmadığını göstərdi. Millimiz meydan sahiblərini  mühasirəyə almışdı. Ancaq mühasirəylə iş bitsəydi, nə problem?!
 
Robert Prosineçkinin start heyəti ilk baxışdan təəccübləndirsə də, dərindən “qazanda”, xorvatiyalıya bəraət qazandırır. Məsələ burasındadı ki, klublarımız avrokuboklarda mübarizə aparanda “kürən” Xorvatiyada özünü dincə qoymuşdu. Onun hardan xəbəri olsun ki, Kamran Ağayev cari mövsümdə 1 dəqiqə də olsun meydanda olmayıb?! Hardan biləydi ki, Rahid Əmirquliyev avrokubok oyunlarında “Qarabağ”a kömək etməyib?! Hardan biləydi ki, Ağabala Ramazanov hücumda özünü rahat hiss etmir?! Axı, bütün bunları bilmək üçün Azərbaycanda olmalısan, komandaların oyunlarını izləməlisən, dəftərçəndə qeydlər aparmalısan. Prosineçki isə ötənilki “şparqalka”sına güvənmişdi…
 
San-Marinoyla görüşdə qapıda yığmanın həkimi dayansaydı da, bu, nəticədə əks olnmayacaqdısa, mərkəz yarımmüdafiəçisi mövqeyində Rahid Əmirquliyevin faydalı iş əmsalı yığmamızın oyununa birbaşa təsirini göstərirdi. Hücumda qərarlaşan Ağabala da Rahiddən çox fərqlənmirdi. Elə Dmitri Nazarov da meydanda olduğu 78 dəqiqə ərzində cəmi 1 zərbəylə yadda qaldı. Özü də bütün bunlar həvəskar futbolçulardan qurulmuş San-Marinoya (!!!) qarşı oyunda!
 
Əfran İsmayılovun ifasında izlədiyimiz cərimə zərbələrini çıxsaq, yarımmüdafiəçinin oyununu uğursuz adlandıra bilərik. Hətta Ruslan Qurbanovun ifasında vurulan qolun ötürməsini xatırlasaq belə. Ancaq digər komanda yoldaşlarına baxdıqda elə Əfranı müsbət qəhrəman kimi qələmə verə bilərik. Bax, belə bir təzadlı Əfran…
 
Müdafiəçilər barədə nəsə demək olmur. Çünki meydan sahibləri hücum etmək haqda heç düşünmürdülər də.
 
Ruslan Qurbanovun vurduğu qola gəlincə, bunu “Azərbaycan futbolunun xəstəliyi” kimi də səciyyələndirmək olar. Adətən komandalarımız (istər milli, istər klublar) fasiləyə və matçın bitiminə bir neçə dəqiqə qalınca, özlərini dincə qoyurlar. Elə Pyerancelo Manzarolinin yetirmələri də artıq fasiləyə qolsuz bərabərliklə yollancaqlarını düşündükləri anda qol gəldi. Əfranın dəqiq hava ötürməsinə “Qəbələ”nin yeni transferi əla sıçrayışla dəqiq baş zərbəsi endirdi – 0:1.
 
Lakin bunaqədərki dəqiqələri diqqətdən keçirdikdə acı mənzərənin şahidi olurduq. Yığmamız ümidini uzaqdan endirilən zərbələr və cinahdan edilən hava ötürmələrinə bağlamışdı. Bu da Prosineçkinin Azərbayacan qazandırdığı “Qafqaz futbolu”.
 
Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Nazarov – Əmirquliyev tandemi yığma adına əlahiddə heç bir şey etmirdi. Topa nəzarət komandamızda olsa da, ağıllı kombinasiyaların şahidi olmurduq. Bəli, baş məşqçimiz rəqibin böyük qüvvəylə müdafiə olunduğunu iddia edərək, özünə bəraət qazandıra bilər. Ancaq belədə təkbətək mübarizələrdə futbolçularımızın rəqibi daim üstələdiyini göstərə bilərik. Yəni, daim hücumda artıq oyunçu alırdıq. Gəl ki, heç bir düşünülmüş kombinasiyaların şahidi olmurduq. Bunun da başlıca səbəbi mərkəz yarımmüdafiəçilərinin “dişsizliyi” idi.
 
Yalnız final fitinə 12 dəqiqə qalmış Emin Mahmudovun meydana daxil olmasından sonra hücumlar rəngarəng alınmağa başladı. Mahmudovla bağlı bir sıra məqamları qabartmağa dəyər. “Boavişta”nın yarımmüdafiəçisi daim boş mövqe tapmaqla komanda yoldaşlarından ötürmə alır, onların boş zonaya şığıması üçün şərait yaradırdı. Eyni zamanda, topla rəftarda da Dmitri Nazarovu kölgədə qoyurdu ki, bu, onun start heyətində yer almasına layiq olduğunun göstəricisidi.
 
Ümumiyyətlə, əvəzetmədən oyuna daxil edilən hər 3 futbolçu özünü ən yaxşı tərəfdən göstərə bildi. Söhbət adını çəkdiyimiz Emindən başqa, Namiq Ələsgərovla Ramil Şeydayevdən gedir. Hər iki futbolçu fərqlənmək üçün imkan əldə etsə də, təkbətəkləri qaçırdılar. Ancaq bir məqama diqqət yetirmək istərdik: Şeydayev faktiki olaraq, “nə yatdı, nə də yuxu gördü”. Amma bu 3-4 dəqiqə də ona bəs etdi ki, qol epizodu yarada bilsin. Ələsgərov isə cinahda bu gün Zaur Tağızadədən sonra ikinci “qızıl oğlan”ın yetişdiyini bir daha nümayiş etdirdi.
 
 İndi də kadrdan kənar məqamlardan danışaq. Emin Mahmudov, Ramil Şeydayev və Namiq Ələsgərov Prosineçkinin ən çox güvəndiyi simalar ola bilər. Bəlkə də xorvatiyalı bilərəkdən “3 tuz”unu nöbvəti, daha məsul qarşılaşmlar öncəsi gizlətməyi qərara alıb. Belədirsə, bu addımı yalnız alqışlamaq lazımdı. Nəhayət ki, yığmamıza qatılmaq qərarı verən Şeydayev – Mahmudov tandemi haqda isə yalnız xoş sözlər demək olar. Bu uşaqlar yığmamızı nəzərəçarpacaq dərəcədə gücləndirəcək.
 
Sonda bir təklif də etmək istəyərdik. Yığma üzvləri San-Marino üzərində qazanılan qələbədən əldə olunan mükafatları aprel döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin hesabına köçürsünlər. Təklifdi də…
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm