I Liqa
"Şəmkir" yeni transferlərini təqdim etdi
Yeni mövsümə hazırlaşan "Şəmkir" heyətini g&…
Yeni mövsümə hazırlaşan "Şəmkir" heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, I divizion klubu 10 futbolçu ilə müqavilə imzalayıb.
Bölgə klubu yeni transferləri təqdim edib:
"Şəmkir" Elşən və Ruslan Polodov qardaşlarını transfer edib. Uzun illər Azərbaycan Premyer Liqası və milli komandamızın şərəfini qorumuş qardaşlardan Elşən 2012-ci ildən "İnter"in formasını geyinib. 39 yaşlı qapıçı əvvəllər "Xəzər" (Sumqayıt), MOİK, "Şəfa","Dinamo", "Turan", AZAL və "Kəpəz"də çıxış edib. Ruslan isə ötən mövsüm "Zirə"də forma geyinib. 36 yaşlı müdafiəçi indiyədək "Xəzər" (Sumqayıt), "Gənclərbirliyi", "Rəvan", "Standard", "Xəzər Lənkəran", "İnter", "Simurq" və "Sumqayıt"ın uğurları üçün çalışıb.
Mərkəz müdafiəçisi Elvin Mirzəyev karyerası ərzində "Xəzər Lənkəran" və "Turan Tovuz" kimi klubların şərəfini qoruyub.
Cavid Bağırov "Xəzər Lənkəran" və "Bakı"da çıxış edib.
Ruslan Varansov karyerası ərzində "Simurq", "Energetik" və "Ağsu" kimi klublarda çıxış edib.
Yarımmüdafiəçi İlqar Hüseynov indiyədək "Xəzər Lənkəran", "Sumqayıt", "Simurq" və "Zirə"nin formasını geyinib.
Yarımmüdafiəçi Kazım Kzımlı "Xəzər Lənkəran" və "Turan Tovuz"un, həmçinin aşağı yaş qrupları üzrə milli komandalarımızın uğurları üçün çalışıb.
Yarımmüdafiəçi Pərvin Paşayev karyerası ərzində "Kəpəz", "Qəbələ", "Rəvan", MOİK kimi klubların şərəfini qoruyub.
Yarımmüdafiəçi Sahib Abbasov "Kəpəz", "Simurq" və "Sumqayıt"da çıxış edib.
Sol cinah müdafiəçi Məhərrəm Hüseynov "Kəpəz", "Simurq" və "Rəvan"da forma geyinib.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu