Dünya futbolu
Azərbaycanlı futbolçunun dünya rekordu qırıldı
Dünya çempionatları tarixində yeni rekord qeydə alını…
Dünya çempionatları tarixində yeni rekord qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, qvatemalalı Karlos Ruis mundialların seçmə mərhələlərində ən çox qol vuran futbolçu ünvanına yiyələnib.
O, bunu DÇ-2018-in seçmə mərhələsinin Sent-Visent və Qrenadinlə matçda rəsmiləşdirib. 9:3 hesablı qələbəyə 5 qolla töhfəsini verən 37 yaşlı hücumçu matçdan sonra milli karyerasını başa vurduğunu açıqlayıb.
Ruis bu 5 qolla seçmə mərhələlərdəki hesabını 39 topa çatdırıb. Bu matçadək 34 qolu olan qvatemalalı İran yığmasının azərbaycanlı futbolçusu Əli Daeiyə məxsus rekordu arxada qoyub. Sonuncu DÇ-lərin seçmə oyunlarında 35 qol vurub.
Qeyd edək ki, Ruis rekord etsə də, yığması növbəti mərhələyə adlaya bilməyib. (Apasport)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq