Ölkə futbolu
“Milli Dəstə”nin marşrutu məlum oldu
Avrokuboklarda və milli komandamızın səfərdə keçirdiyi oy…
Avrokuboklarda və milli komandamızın səfərdə keçirdiyi oyunlarda təmsilçilərimizin azarkeş sarıdan əziyyət çəkməsinə imkan verməyən “Milli Dəstə” azarkeş qrupu il sonuna kimi də ənənəsini pozmayacaq. Futbolinfo.az xəbər verir ki, fanatların komandalarımıza dəstək verəcəyi səfər matçlarının siyahısı bəlli olub.
Onlar qarşıdakı 7 oyundan 5-də təmsilçilərimizi yalnız qoymayacaq.
15 sentyabr. “Anderlext” – “Qəbələ” (AL)
29 sentyabr. "Fiorentina" – "Qarabağ" (AL)
11 oktyabr. Çexiya – Azərbaycan DÇSO
24 noyabr. "Slovan" – "Qarabağ" (AL)
8 dekabr. "Maynts" -"Qəbələ" (AL)
“Sent-Etyen" – "Qəbələ" və PAOK – "Qarabağ" matçlarında iştirakla bağlı isə hələ ki, azarkeş qrupu daxilində müzakirələr gedir.