Ölkə futbolu
“Qəbələ” Olimpiya stadionunu seçdi
Premyer Liqanın 4-cü turu çərçivəsində “N…
Premyer Liqanın 4-cü turu çərçivəsində “Neftçi”nin qonağı olacaq “Qəbələ” hazırlıq planında dəyişiklik edib. Futbolinfo.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu gün “Bakı”nın təlim-məşq bazasında deyil, Bakı Olimpiya Stadionunun köməkçi meydançasında məşq keçəcək.
“Xudafərin” otelində məskunlaşan əyalət təmsilçisi sabahkı məşqini “Bakcell Arena”da keçirəcək.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” görüşü “Əlincə Arena”da sentyabrın 10-da saat 20:00-da start götürəcək.