Ölkə futbolu
Qasımovun durumu: “Öncə müayinələr yekunlaşmalıdı”
Hipertonik krizis diaqnozu ilə xəstəxanaya yerləşdirilən Vəli Q…
Hipertonik krizis diaqnozu ilə xəstəxanaya yerləşdirilən Vəli Qasımovun vəziyyəti hələlik yaxşı deyil. “HB Güven Klinik”ə yerləşdirilən “Neftçi”nin baş məşqçisi hazırda müayinələrdən keçir.
Bir neçə dəqiqə öncə Qasımovun yanında olan klub həkimi Şaiq Zöhrablı ilə danışdıq. O, xəstənin yanına heç kimin buraxılmadığını, Vəli bəyin nə vaxt evə buraxılacağının dəqiqləşmədiyini dedi: “Vəli müəllim axşam xəstəxanamıza yerləşdirilib. Vəziyyəti ortadı. Hələlik müayinələr davam edir. Gün ərzində bu proses davam edəcək və bu günü də xəstəxanada keçirəcək. Onun nə vaxt evə buraxılacağı haqda bir söz deyə bilmərəm, öncə müayinələr yekunlaşmalıdı”.